Gürcüstan və Rusiya arasında bir neçə il ərzində davam edən danışıqlar nəticəsində 19 nəfərdən ibarət ilk Çeçen qaçqınları grupunu aparan avtobus şimali Gürcustanı tərk edərək Rusiyanın Çeçen Respublikasına yollanmışdır. Gürcüstan və Rusiya rəsmiləri bildirmişlər ki, qaçqınlar bu gün Gürcüstanın Pankisi dərəsini tərk etmişlər. Beynəlxalq Humanitar Təşkilatların və gürcü rəsmilərinin məlumatına qörə Pankisi dərəsində ən azı 2000 Çeçen qaçqının məskünlaşıb. Rəsmilərin verdiyi məlumata qörə yaxın vaxtlarda əlavə 100 nəfər qaçqın Çeçenistana qayıdacaq. Birləşmiş Millətlər Təşkilatının nümayəndələri bildirmişlər ki, qaçqınlar Çeçenistana ancaq öz arzusu ilə qaytarılmalıdrlar.