Accessibility links

Donald Ramsfild Amnesti İnterneyşnel təşkilatının hesabatını qınayıb - 2005-06-01


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild Amensti İnterneyşinel təşkilatıının ABŞ-ın Kubadakı Quantanamo hərbi bazasındakı həbsnaxanada məhbusların vəziyyətinə dair hesabını tənqid edib. Cənab Ramsfild deyib ki, təşkilat Quantanamonu Sovet dövrünün Qulaq düşərgəsilə müqayisə etməklə özünə etibarı azaldıb. Müdafiə naziri bu müqayisəni məsuliyyətsiz və qınanmağa layiq bir müqayisə adlandırıb. Bununla yanaşı, Donald Ramsfild Quantanamoda müəyyən zorakılıqların baş verdiyini etiraf edərək bildirib ki, kütləvi informasiya vasitələri yalan danışmağa və işgəncəyə məruz qaldıqlarını deməyə öyrədilmiş terrorçuların ifadələrinə əsasən, bəzən yanlış informasiyanı təkrar edirlər. Donald Ramsfild deyib ki, bununla müqayisədə ABŞ-ın məhbusların dini ehtiyaclarını nəzərə almasına çox az diqqət verilmişdir.

XS
SM
MD
LG