Bu, Suriyanın 2001-ci ildən bəri həyata keçirdiyi ilk hərbi sınaqdır. İsrail hərbi rəsmilərinin verdiyi xəbərə görə, onların hava hücumundan müdafiə sistemləri raketlərin ötən həftə Suriyanın şimalından atılmasını qeydə alıb. Raketlər Türkiyə səmasında parçalanaraq, orada iki qəsəbənin üstünə tökülmüşlər. Türkiyənin rəsmiləri deyirlər ki, Suriya bu haqda onlara məlumat verərək, bunun hərbi təlim zamanı baş vermiş qəza olduğunu söyləmişlər. Suriya bu haqda rəsmi açıqlama verməyib.