Accessibility links

İraq hökuməti son 18 ayda zorakılıqlar nəticəsində 12 min mülki vətəndaşın öldüyünü bəyan edib - 2005-06-03


İraqın daxili işlər nazirliyi dünən rəsmi hesablamaları açıqlayıb. Daxili İşlər Naziri Bayan Cəbr deyib ki, təxminlərə görə hər gün orta hesabla 20 adam ölüb. Rəsmilərin verdiyi xəbərə əsasən, öldürülənlərin əksəriyyəti şiə müsəlmanları olub. Dünən Bağdadda baş verən silsilə bomba partlayışları nəticəsində 43 adam həlak olub. Bu gün Bələd şəhəri yaxınlığında baş verən partlayış nəticəsində isə 10 adamın öldüyü bildirilir.

XS
SM
MD
LG