Accessibility links

MDB dövlətlərinin nümayəndələri Tbilisidə görüş keçiriblər - 2005-06-03


Müstəqil Dövlətlər Birliyinin baş nazirləri bu gün Gürcüstan paytaxtı Tbilisidə blok daxilində əməkdaşlığın inkişaf etdirilməsinə dair danışıqlara başlamışlar. Quruma daxil olan 12 dövlətin nümayəndələri azad ticarət zonasının yaradılmasına səsləmişlər. Gürcüstan baş naziri Zurab Noqaydeli qrupun regionda əsas məqsədlərindən biri olan vizadan-azad rejim yarada bilməməsinə görə narahatlığını dilə gətirmişdir. O həmçinin MDB-nin üzv dövlətlərin ərazi bütovlüyünə təminat verməməsini pisləmişdir. Gürcüstan əvvəllər Rusiyanı abxaz separatçılarını himayə etməkdə günahlandırmışdır. Rusiyanın baş naziri Mixail Fradkov gürcü rəsmilərini həmin ölkəyə getmək istəyən Rusiya vətəndaşlarından viza tələb edilməsini dayandırmağa çağırmışdır.

XS
SM
MD
LG