Accessibility links

Ramsfeld: Çinin hərbi baxımdan güclənməsi Asiyada təhlükə yarada bilər - 2005-06-04


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld deyib ki, Çinin hərbi baxımdan güclənməsi Asiyadakı təhlükəsizlik balansını poza bilər. Cənab Ramsfeld Asiya və Qərb ölkələrinin müdafiə nazirlərinin Sinqapurda keçirilmiş iclasında çıxış edib. Müdafiə naziri Donald Ramsfeld bildirib ki, Çinin müdafiə büdcəsi dünyada üçüncü yerdə gedir və bu ölkə dünyanın müxtəlif nöqtələrinə zərbə endirə bilən raketlərin istehsalını nəzərdə tutur. Pekin ABŞ-ın müttəfiqi adlandırdığı Tayvanı öz müstəqilliyini elan etdiyi təqdirdə hərbi hücumla hədələyir. Bundan əlavə cənab Ramsfeld ABŞ-ın Şimali Koreyanın nüvə proqramı barədə narahatlığını təkrar ifadə etmiş və Pxenyanı yaranmış böhranı həll etməyə yönəlmiş altıtərəfli danışıqlara qayıtmağa çağırmışdır.

XS
SM
MD
LG