Accessibility links

PKK militantları 4 Türk əsgərini qətlə yetirib - 2005-06-05


Türkiyə rəsmilərinin verdiyi məlumata görə ölkənin şərqində Kürd separatçıları dünən gecə yarısı 4 Türk əsgərini qətlə yetiriblər. PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının militantları qumbara-atanlardan istifadə edərək Tuncəli vilayətində patrul çəkən Türk kommando taqımına hücum ediblər. Hücum nəticəsində bir əlavə Türk əsgəri yaralanıb. Qeyd edək ki, 1999-cu ildə Kürd qiyamçıları Ankara ilə atəşkəs elan etdikdən sonra döyüşlər səngimişdi. Lakin ötən İyun qiyamçılar Türkiyə hökumətinin apardığı islahatların sürətindən narazı olduqlarını bildirərək yenidən silaha əl atıblar.

XS
SM
MD
LG