Accessibility links

Cənubi Asiyalılar piratlığın qarşısını almağa çalışırlar - 2005-06-05


Malayziya rəsmiləri bildirirlər ki, Sinqapur və İndoneziya ilə birgə əməkdaşlıq dünyanın ən məşğul yükdaşınma məntəqəsi olan Malakka Boğazında pirat hücumlarının qarşısnı alacaq. Sinqapurda regional konfransda çıxış edən Malayziya Müdafiə naziri Nacib Tun Razak söyləyib ki, 3 ölkənin patrulları gücləndirməsi sayəsində ötən İyuldan bəri pirat hücumlarının sayı 25 faiz azalıb. İnidiyə qədər Malayziya başqa ölkələrin, o cümlədən Birləşmiş Ştatların həmin ölkənin sularında patrul xidməti ilə bağlı yardım təkliflərindən boyun qaçırıb.

XS
SM
MD
LG