Accessibility links

Azərbaycan-Amerika biznes forumu keçirilib


Bakıda Azərbaycan-Amerika biznes forumu keçirilib. Forum Amerika-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə birgə təşkil olunub. Forumda ABŞ-ın informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan aparıcı şirkətlərinin, Asiya İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankında Amerika Kommersiya Xidmətinin nümayəndələri iştirak edib. Tədbir zamanı «ABŞ-la Azərbaycan arasında İnformasiya Texnologiyaları sahəsində əməkdaşlıq haqqında» Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın iqtisadi inkişafında informasiya texnologiyalarının prioritet olduğunu bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin bu ilin aprelində ABŞ-a səfərindən sonra bu ölkədə ilk böyük müzakirələr informasiya texnologiyları sahəsində əməkdaşlıqla bağlı olub. Nazir bu günki Anlaşmanı Azərbaycanda inofrmasiya texnologiyları sahəsində yeni mərhələnin başlancığı adlandırıb. Cənab Abbasovun sözlərinə görə, Azərbaycanda investisiya texnoldogiyları sahəsinə ildə 150 milyon dollaradək investisiya qoyulur və bunun da 80 faizi yerli kapitalıdır. Nazir yaxın zamanlarda Azərbaycanın informasiya texnologiyaları sahəsində region bazarları üçün məhsul istehsal etmək arzusunu da forum iştirakçılarının nəzərinə çatdırıb. Onun fikrincə, bunun üçün xüsusi proqram hazırlanır. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, Azərbaycan regionda ABŞ-ın strateji tərəfdaşıdır. Onun sözlərinə görə, Amerika kadr potensialının inkişafı, korrupsiya ilə mübarizə, investisiya mühitinin yaxşılaşdırılması və demokratiyanın inkişafı sahələrində Azərbaycana kömək etməyə hazırdır. Səfirin sözlərinə görə, Azərbaycan artıq regional lider dövlətə çevrilməkdədir. Xanım Dersinin fikrincə, ölkədə davamlı ikniaşfa nail olmaq üçün neft sektoru ilə yanaşı qeyri-neft sektoru da inkişaf etdirilməlidir.
XS
SM
MD
LG