Accessibility links

ABŞ səfiri Azərbaycanda yeni seçilmiş hakimliyə namizədlər qarşısında çıxış edib


Amerika səfirliyi, ATƏT və Amerika Hüquqşünaslar Assosasiyası Azərbaycanda hakimlyə yeni seçilmiş namizədlərə bir həftəlik tədris kursu təşkil edib. Kurs zamanı məhkəmə qərarlarının tərtibi, məhkəmə islahatlarının idarə olunması, hakimlərin etik davranışı, çəkişmə prinsipinə əməl edilməsi məsələləri diqqət mərkəzində olacaq. Açılış mərasimində Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev və ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi çıxış edib. Cənab Nağıyev bildirib ki, hakimliyə namizədlərin imtahanlarında 704 hüquqşünas iştirak edib və onlardan 102 nəfər bütün mərhələləri keçib. Onun sözlərinə görə, altı ay davam edəcək tədris seminarlarının proqramlarını yerli və beynəlxalq ekspertlər, tanınmış hakimlər idarə edəcək. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi çıxışında əsasən demokratiyanın inkişafında məhkəmənin rolu və yerli məhkəmə sistemindəki problemlərdən danışıb. Səfir hakimlərin seçkisinin şəffaf keçirildiyini alqışlayıb. Lakin bununla yanaşı o, məhəkə sistemindəki çatışmazlıqları da deyib. Xanım Dersi BMT-nin sənədlərinə istinadən Azərbaycanda da hakimlərin var-dövlətinin və gəlirlərinin deklariyadan keçirilməsini vacib sayır.
XS
SM
MD
LG