Accessibility links

ABŞ Dövlət Departamentinin terrorla bığlı hesabatı Azərbaycana qarşı realdır 


«Sülh və münaqişələrin həlli» mərkəzinin direktoru Elxan Mehdiyev hesab edir ki, ABŞ Dövlət Departamentinin dünya ölkələrində terrora qarşı mübarizə haqqında hesabatı reallığı əks etdirir. Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıq şəraitində terrora qarşı fəal mübarizə aparır. Ölkənin hüquq mühafizə orqanları terrorda iştirak etmiş çoxlu sayda insanı həbs edərək axtarış elan etmiş ölkələrə təhvil verib. Ekspert həmçinin Azərbaycanın terrora məruz qalan ölkə olduğunu xatırladıb. «ABŞ Dövlət Departamenti Azərbaycanın terrordan əziyyət çəkdiyini bir dəfə belə hesabatında yazmayıb». O Azərbaycan-ABŞ təhlükəsizlik sahəsində ikitərəfli məsləhətləşmələrində Azərbaycana gözlənilən terrorların qarşısının alınması əsas müzakirə mövzusu olacığını düşünür.
XS
SM
MD
LG