Accessibility links

ABŞ-ın «Açıq dünya» təşkilatı Azərbaycanda mübadilə proqramına başlayıb


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi və Amerika Şurasının Bakı ofisinin başçısı Şeyn Ostinin iştirakı ilə Amerikanın "Açıq dünya" təşkilatının mübadilə proqramının təqdimatı olub. Proqram çərçivəsində Azərbaycandan hər biri 4 nəfərdən ibarət olan iki qrup 10 gün ərzində Hyuston və Mayami şəhərlərində tədbirlərdə iştirak edəcək. Nümayəndə heyətinin üzvləri ABŞ-ın dövlət və bələdiyyə institutlarının fəaliyyəti ilə tanış olacaq, təhsil işçiləri, hüquqşünas və biznesmenlərlə əməkdaşlıq edəcək. "Açıq dünya" ABŞ Konqresinin mübadilə proqramı həyata keçirən yeganə təşkilatıdır. 1999-cu ildən proqramda postsovet ölkələrindən12 mindən çox hazırkı və gələcək liderlər iştirak edib.
XS
SM
MD
LG