Accessibility links

«Azadlıq» qəzetinin baş redaktorunun aclıq aksiyasına daha beş jurnalist qoşulub


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi ilə bağlı hüqşuşünaslar dəyirmi masa keçirib. Hüquqşünas Rəşid Hacılı Qənimət Zahidə qarşı irəli sürülən ittihamı əsassız adlandırıb. Onun fikrincə, baş redaktor istintaqa hər hansı təsir etmə imkanına malik olmadığı halda onun barəsində əsassız olaraq həbs qəti imkan tədbiri seçilib. «Onun girov müqabilinldə belə, məhkəməyədən azadlığa buraxılmaması itihamın siyasi sifarişli olmasını bir daha sübut edir». Cənab Zahidin vəkili Elçin Sadıqov isə baş redaktorun qabaqcadan qurulmuş plan əsasında tutulduğunu deyib. Onun sözlərinə görə, jurnalitin ilişdirliməsində agentlər iştirak edib. Öz növbəsində, sabiq millət vəkili Rizvan Cəbiyev baş redaktorun sifaraşlə həbsinə inanmır və bunu şayiə adlandırır. Eyni zamanda, o hesab edir ki, sifarişli həbs olunma mühiti aradan qaldırılmalıdır. Baş redaktor söz və mətbuat azadlığına və sifarişli həbsə etiraz olaraq dekabrın 8-dən acığa başlayıb. Vəkil Elçin Sadıqov cənab Zahidin səhhətində də ciddi problemlərin olduğunu bildirir. Baş redaktorun aclıq aksiyasına qoşulanların sayı isə artmaqdadır. Artıq «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin daha iki müxbiri, «24 saat» qəzetinin baş redaktoru Fikrət Fərəmzoğlu və «Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu da aclıq edir. Cənab Çobanoğlunun sözlərinə görə, həbsdə olan 9 jurnalistin hamısının aclıq aksiyasını dəstəkləyəcəyi də gözlənilir. Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Qənimət Zahidlə yanaşı digər 8 jurnalistin həbs edilməsinin başlıca səbəbi ədalətli məhkəmənin olmamasıdır. Hüquqşünas hökumətin jurnalistin həbsi ilə nəyə nail olacağını isə başa düşə bilmədiyini düyib. Onun fikrincə, azad ölkələrdə söz azadlığına görə beynəlxalq təzyiqlərə məruz qalmaq biabırçılıq hesab edilir.
XS
SM
MD
LG