Accessibility links

Azərbaycan müxalifəti «Azad mətbuatdan əlini çək!»şüarı ilə aclıq aksiyasına başlayıb


Azadlıq" siyasi blokunun 6 funkisoneri "Azad mətbuatdan əlini çək!", "Diktaturaya yox!" şüarları ilə müddətsiz aclıq aksiyasına başlayıb. Acılq edənlərin 3 nəfəri AXCP, digər üç nəfər isə Demokrat, Liberal, Vətəndaş və İnkişaf partiyalarının rəhbərliyinə daxildir. Liberal partiyasının sədr əvəzi Əvəz Temirxan bildirib ki, ölkədə mətbuat azadlığna və jurnalistlərə qarşı hərəkətlər hökumət tərəfindən planlaşdırılır. AXCP sədirinin müavini Həsən Kərimov son dövrlər azad mətbuata qarşı təzyiqlərin davamlı xarakter aldığını deyib. Onun fikrincə, Əmlak Komitəsinin "Azadlıq" qəzetinini yerləşdiyi binadan çıxarılması ilə bağlı iqtisad məhkəməsinə müraciəti qanuna əsaslanmır. Çünki, 1992-ci ildə bina Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə qəzetə əvəzsiz və müddətsiz istifadəyə verilib. Cənab Kərimov AXCP-nin etiraz aksiyaları keçirəcəyini də bəyan edib. Cənab Kərimov iki dəfə infarkt keçirməsinə, AXCP sədrinin digər müavini Nurəddin Məmmədli şəkər xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq son anadək ağlıq edəcəklərinə əmindir. ADP-nin şöbə müdiri Zakir Həsənov 2-ci qrup əlildir. O da demokratiya uğrunla mübarizəyə sadiq olduğunu deyir. AXCP sədrinin müşaviri, "20 Yanvar" əlili Əsəd Əsədzadənin 65 yaşı var. O Sovet rejiminə qarşı mübarizədə əlili olsa da qalib çıxdığını bildirir. Cənab Əsədzadə demokraityanın və azad sözün qalib çıxacağına da əmindir. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifətin hökumətə təzyiq məqsədilə aclıq aksiyasına başladığını bildirib. Onun sözlərinə görə, mətbuata qarşı təzyiqlərdən danışmaq əbəsdir. Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər hüquqi yolla həll olunur. Cənab Həsənov, eyni zamanda Dövlət Əmlak Komitəsinin «Azadlıq» qəzetinin binasının alınması ilə bağlı məhkəmə qarşısında qaldırdığı iddianı müdaifə edir.
XS
SM
MD
LG