Accessibility links

Azərbaycanda aclığın 21-ci günü dördüncü gənc xəstəxanaya köçürülüb


Bu gün aclığın 21-ci günü aksiyasının dördüncü iştirakçısı Namiq Feyziyev xəstəxanaya köçürülüb. 3 saylı təcili tibbi yardmı stansiyasının həkimi Salman Babayev bildirib ki, cənab Feyziyevin qan təzyiqi kəskin aşağı düşüb, qara ciyərində, böyrəklərində problemlər yaranıb. Gənclər aclıq aksiyasına ötən il dekabrın 28-dən başlayıb. Onlar Turan Əliyev və Namiq Feyziyevin universitetlərdən siyasi baxışlarına görə qovulmasına etiraz edir. Bu gün gənclərin aclıq aksiyasına rəsmi münasibət də bildirilirb. Gənclər, İdman və Turizm Nazirliyinin bəyanatında aksiyanın siyasiləşdirilməsindən və müxalifətyönümlü KİV-in, ayrı-ayrı hüquq-müdafiçilərinin bundan Azərbaycanın əleyhinə istifadə etməsindən təəssüf bildirilir. Nazirlik gəncləri aclığı dayandırmağa, ali məktəb rəhbərlərini isə ictimaiyyəti və gəncləri narahat edən problemin ədalətli həlli məqsədilə ətraflı müzakirələr aparmağa çağırır. "Gənclərin siyasi baxışları onların təhsil hüquqlarının pozulmasına əsas ola bilməz. Eyni zamanda, gənclərin akademik borclara görə ali məktəblərdən xaric edilməsinin siyasiləşdirilməsi yolverilməzdir»-deyə sənəddə qeyd edilir. Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Mats Lindberq isə siyasi baxışlarına görə insanların təhsil hüququnun pozulmasını yolverilməz sayır. «Hadisənin səbəbləri barədə dəqiq məlumat əldə etmək çox çətindir. Bir şey deyə bilərəm ki, siyasi fəaliyətinə görə tələbələr təhsil müəssisəsindən xaric edilə bilməz. Avropa Şurası aclıq edən tələbələrin səhhətinə görə narahatlıq keçirir». Yerli hüquq müdafiəçiləri də tələbələrin siyasi baxışlarına görə universitetdən xaric edilməsini ədalətsizlik və qanuna hörmətsizlik kimi qiymətləndirir.
XS
SM
MD
LG