Accessibility links

Azərbaycan Əmlak Komitəsi «Azadlıq» qəzetinin binadan çıxarılmasını tələb edir


Azərbaycan İqtisad məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin "Azadlıq" qəzetinə qarşı ddiası üzrə hazırlıq iclası keçirilib. Əmlak komitəsi «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılması və 31 min dollar məbləğində cərimə ödəməsini tələb edir. Qəzet isə binanın 1992-ci ildən Bakı şəhər İcra hakimiyyətinin sərəncamı ilə əvəzsiz və müddətsiz istifadəyə verildiyini bildirir. Binada «Azadlıq» qəzetilə yanaşı, «Turan» İnformasiya Agentliyi, AXCP və digər qurumlar yerləşir. Məhkəmə "Azadlıq" qəzetinin və «Turan» İnformasiya Agentliyinin Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinə qarşı qarşılıqlı iddiasını da qəbul edib. İddiada məhkəmədən Əmlak Komitəsinin icarə haqqında müqavilə bağlanması barədə öhdəlik götürməsi ilə bağlı qərar qəbul etməsi xahiş edilir. Bunun qarşılığında məhkəmə tərəfləri barışığa dəvət edib və noyabrın 24-dək vaxt verib. Hakim Ülvi Mayılov bildirib ki, tərəflər barışıqla bağlı razılığa gələrsə məhkəmə buna şərait yarada bilər. Hakim jurnalistlərin aclıq aksiyasına da toxunub. Onun fikrincə, aclıq aksiyasının məhkəməyə hər hansı təsiri ola bilməz və məsələ hüquqi müstəvidə araşdırılacaq. Bununla yanaşı, Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin nümayəndəsi Namiq İbrahimov barışıqla bağlı hər hansı açıqlama verməyib. O, «bu mənim səlahiyyətim deyil» deməklə «Amerikanın səsi» radiosunun sualından yayınıb. «Azadlıq» qəzetinin nümayəndəsi Tofiq Quliyev məhkəmə prosesini siyasi adlandırıb. Onun sözlərinə görə, iqtidarda olan YAP-ın onlarla rayon təşkilatı, həmçinin iqtidara yaxın mətbuat orqanlarının ofisləri müxtəlif şəhərlərin mərkəzi hissəsində təmtəraqlı yerlərdə yerləşir. Ancaq son illər müxalifət partiyalaprının və müxalif mətbuat orqanlarının ofisləri alınır. Bu isə bərabərlik prinsipiinin pozulmasıdır Cənab Quliyev eyni zamanda «Azadlıq» qəzetinin barışıq Sazişi imzalamağa hazır olduğunu bəyan edib. Onun fikrincə, barışıq üçün ilk öncə tərəflər danışıq stolu arxasında oturmalıdır. Jurnalistlərin «Azad mətbuatdan əlini çək!» şüarı ilə keçirdiyi aclıq aksiyası isə artıq altıncı gündür davam edir. Bu gün Redaktorlar Birliyi Avropa Şurasının və KİV-in müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların rəhbərlərinə müraciət ünvanlamağı qərara alıb. «Turan» Agentliyinin məlumatına görə, sabah ATƏT-ə üzv ölkələrin Azərbaycandakı səfirləri aclıq edən jurnalistlərə baş çəkəcək.
XS
SM
MD
LG