Accessibility links

ABŞ Azərbaycanda qaçqınlara humanitar yardımı


«Biz, azərbaycanlı uşaqların təşəkkülünə töhfə verə bildiyimizə görə şadıq və ABŞ-ın strateji tərəfdaşına göstərilən dəstəkdən razıyıq». Bu sözləri ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Ceyson Haylend Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş insanların yaşadığı yataqxanada humanitar yardımın təqdim edilməsi mərasimində deyib. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanın 52 rayonunda yerləşən 114 yataqxana, məktəb, internat və uşaq evində humanitar yardımın paylanması nəzərdə tutulub. Müvəqqəti işlər vəkili jurnalistlərin suallarına cavabda son günlər İrand abaş verən olaylara da toxunub. «ABŞ-ın dünynaın bütün ölkələrində, o cümlədən İranda insan hüquqları ilə bağlı narahatlığı hamıya bəllidir»-deyə o qeyd edib. ABŞ səfirliyinin ictimaiyyətlə ələaqələr şöbəsinin rəhbərəi Conatan Henik isə «Bizim Yol» qəzetinin baş redaktorunun vəhşicəsinə döyülməsi ilə bağlı aparılan istintaqdan hər hansı yeni məlumat almadığını bildirib. O bu günlərdə jurnalistlə xəstəxanada görüşüb. Şöbə müdiri ABŞ-ın yeni səfiri Enn Dorsın bir neçə həftədən sonra Azərbaycana gələcəyini bildirib. Cənab Conatan İranda baş verən son hadisələrlə bağlı Amerikanın səsi radisounun sualının cavabında bu ölkənin öz vətəndaşlarına qarşı münasibətinin təəssüf doğurduğunu deyib. Onun sözlərinə görə, İran qonşu dövlətlər üçün də problemlər yaradır.
XS
SM
MD
LG