Accessibility links

Amerika-Azərbaycan aqrobiznes forumu keçirilib


Bakıda Amerika-Azərbaycan aqrobiznes forumu keçirilib. Forumda Azərbaycan kənd təsərrüfatı naziri, dövlət rəsmiləri, ABŞ Dövlət Departamentinin və kənd təsərrüfatı agentilyinin məsul şəxsləri, biznes qurumlarının rəhbərləri iştirak edib. Azərbaycan-ABŞ Ticarət Palatasının direktoru Mahir İsgəndərov bildirib ki, forumda ABŞ-ın aparıcı şirkətləri də iştirak edir. Onun fikrincə, neft və qaz kəmərlərinin çəkilişi Azərbaycanın regionda üstün rolunu təsdiq edib və Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi bu üstün məqamı daha da qabardacaq. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə, ABŞ-la Azərbaycant arasında aqrar sahədə çoxsahəli əməkdaşlıq perspektivləri var. Nazir Azərbaycanda açıq biznes mühitinin olğunu da ABŞ tərəfinin diqqətinə çatdırıb. Cənab Abbasov iki ölkə arasında kənd təsərrüfatı sahəsində idxal-ixrac əmliyyatlarının qənaetdici olmadığını bildirib. «Azərbaycandan ABŞ-a ötən il cəmi 850 min dollar, ABŞ-dan isə Azərbaycana 3 milyon dollar səviyyəsində kənd təsərrüfatı malları idxal edilib». ABŞ Dövlət Departamentinin nümayəndəsi Frank Mermoud isə ABŞ-ın Azərbaycana iqtisdai və kommersiya tərəfdaşı kimi yüksək qiymət verdiyini bildirib. «ABŞ şirkətlərinin Azərbaycanın aqrar sektoruna böyük marağı var. Vaşinqton komandası qarşılıqlı faydalı əməkdaşlıq arzusundadır. Azərbaycan iqtisadiyyatı qlobal bazara sürətlə addımlayır. 2010-cu ildə Azərbaycan 47 milyard dollar gəlir əldə edəcək. Bu isə bir daha böyük potensialdan xəbər verir»-deyə o qeyd edib.
XS
SM
MD
LG