Accessibility links

ABŞ Dövlət katibinin müavinləri Azərbaycan xarici işlər naziri ilə videokonfrans keçirib


Avqustun 3-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Barri Lovenkron, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid arasında videokonfrans olub. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Azərbaycan və ABŞ siyasi, təhlükəsizlik, enerji məsələlərinin daxil olduğu ikitərəfli münasibətlər geniş müzakirə olunub, eləcə də demokratiya və insan haqları məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər müzakirələrin bundan sonra da davam etdirilməsi ilə bağlı razılığa gəlib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik dövlət katibinin müavinlərinin Azərbaycan xarici işlər naziri ilə videokonfransının əsas mövzusunun demokratiya və insan haqları sahəsində iki ölkə arasındakı dialoqun davamı olduğunu bildirib. Cənab Conatan Azərbaycanda demokratyia və insan hüquqlarının vəziyyətindən danışarkən Dövlət Departamentinin hesabatlarına müraciət edib. Dövlət Departamenti ölkədə demokratiya və insan haqları ilə bağlı bir neçə sahədə narahtçılıq ifadə edib. O cümlədən, mətbuat və söz azadlığı sahəsində vəziyyət xüsusi narahatçılıq doğurur. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iki ölkə arasında demokratiya sahəsində dialoqu mütləq dərəcədə faydalı adlandırıb. Onun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə Amerika təcrübəsindən istifadə edir. Şöbə müdiri ABŞ Dövlət Departamentinin tənqidlərini Azərbaycan tərəfinin qəbul etdiyini deyib. Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu da demokratiya və insan haqları sahənidə ABŞ-Azərbaycna dialoqunu faydalı hesab edir. Onun fikrincə, bu dialoq ölkədə söz və mətbuat azadlığının dərinləşməsinə, jurnalistlərin həbsdən azad edilməsinə və demokratik prezident seçkilərinin keçirilməsinə təkan verə bilər. Telekonfrnasda təhlükəsizlik və enerji təhlükəsizliyi məsələləri də gündəmdə olub. Politoloq Elxan Şahinoğlu iki ölkə arasında bu sahədə dialoqun əsas mövzusunun Avropa Birliyi ölkələrinə Xəzər qazının çatdırılması olduğunu deyir. Onun fikrincə, mövzunun ana xəttini türkmən qazının Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli təşkil edir. Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov isə danışıqların transmilli enenrji layihələrini, terrorizmə qarşıv birgə mübarizəni və regional təhlükəsizlik məsələlərini əhatə etdiyini bildirir.
XS
SM
MD
LG