ABŞ-ın Oklohoma Milli Hava Qvardiyasınının humanitar missiyası bir həftə ərzində Azərbaycan əhalisinə səhiyyə xidmətləri göstərəcək və tibbi personal ilə treyninqlər keçirəcək. Bu missiyada Qvardiyanının 57 hərbi qulluqçusu iştirak edir və onlar Oklohomadan Bakıya Herkules tipli həbri təyyarə ilə gəlib.
Missiya üç gün ərzində Sumqayıt şəhəri yaxınlığındakı Sarıqaya qəsəbəsində 21 saylı Laçın məkitəbində məcburi köçkünləri müayinə və müalicə edəcək.
Missiyanın rəhbəri Oklohoma Milli Hava Qvardiyasının briqada generalı Robert Ayəton bildirib ki, tədbirə 3 həkim, 4 stomotoloq, 2 göz həkimi və müxtəlif tibbi heyət cəlb olunub. «Bu Azərbaycana ikinci maraqlı səfərimizdir. Məcburi köçkünlərin müayinəsi və mualicəsi Azərbaycan Müdafiə nazirliyinin tibbi heyəti ilə bircə həyata keçirilir. Gün ərzində üç yüzədək insan müaiynədən keçirilir və onlara ilkin tibbi yardım göstərilir. Məcburi köçkünlərdə mədə-bağırsaq, stomotloji, göz, dəri xəstəlikləri aşkarlamışıq. Təmənnasız olaraq yüzdən çox insana eynəklər verilib və 60 kiloqramdan çox müxtəlif dərmanlar paylanıb».
General Oklohoma Milli Hava Qvardiyasının bundan sonra da Azərbaycana yardım göstərəcəyini bəyan edib.
«Hesab edirik ki, Azərbaycan ABŞ-ın çox yaxşı bir müttəfiiqidir və beynəlxalq terrorizmə qarşı öz töhvəsini verir».
Tibbi heyət üç gündə mindən çox məcburi köçkünə tibbi yardım göstəriəcək. Tbbi yardım məcburi köçkünləri də qane edir.
ABŞ hərbi tibbi heyəti ilə bircə çalışan Azərğaycanlı həkimlər də razıdır. Onların sözlərinə görə, Azərbaycan və Amerikalı hərbi tibbi personal bir-birini çox yaxşı başa düşür.