Politoloq İlqar Məmmədov ABŞ prezidentinin enerji təhlükəsizliyi ilə bağlı fikirlərinin Azərbaycanın mənafyeinə uyğun olduğunu bildirib. Onun fikrincə, neftin qiymətlərinin artması və dünyada neftə tələbatın artması Azərbaycanın mövqeyini regionda daha da möhkəmləndirir.
Cənab Məmmədov prezidentin İraqla bağlı fikirlərinə də toxunub. O hesab edir ki, ABŞ İraqda qalmaq yox, İraqdan qoşunlarını çıxarmağın strategiyası üzərində düşünməlidir.