Accessibility links

ABŞ-ın Bakıdakı səfirliyi iş rejimini tam bərpa edib


ABŞ səfirliyi iş rejimini tam bərpa edib. Bu gündən səfirliyin bütün əməkdaşları işə çıxıb və bütün qurumları tam fəaliyyət göstərir. Bu barədə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Amerianın səsi» radiosuna bildirib. O, Azərbaycan hüquq mühafizə orqanları ilə əməkdaşlıqdan ABŞ tərəfinin məmnun və minnətdar olduğunu deyib. Bununla yanaşı, C.Henik səfirliyə qarşı risklərin aradan qaldırılması ilə bağlı sualın cavabında "11 sentyabrdan əvvəl və sonra dünyanın bütün ölkələrində ABŞ səfirliklərinə qarşı risk var", - deyə bildirib. Hazırda səfirliyin yerləşdiyi ərazidə polis əməkdaşları silahlı keşik çəkir, səfirliyin yaxınlığında bir neçə polis əməliyyat maşınları dayanıb. ABŞ səfirliyi oktyabrın 29-dan iş fəaliyyətini məhdudlaşdırmışdı. Dünən axşam isə səfir Enn Dersi səfirliyin iş rejimini qismən bərpa edəcəyini bildirib.
XS
SM
MD
LG