AMİP-in bir qrup fəalı İranda azərbaycanlıların hüquqlarının pozulmasına etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Lakin polis aksiyanı dağıdıb. Bir neçə aksiya iştirakçısı saxlanılıb. Etiraz edənlər polisin cəhdlərinə baxmayaraq şüarlarını və istəklərini səsləndirə bilib.