Accessibility links

Azərbaycan palamenti doqquz min məhbusu əhatə edən amnistiiya aktı qəbul edib


Milli Məclis «Amnistiya haqqında» qanun qəbul edib. Sənədi Heydər Əliyev Fonldunun prezidenti, millət vəkili Mehriban Əliyeva parlamentə təqdim edib və 9 min məhbusu əhatə edir. Onların 1500-zü həbsxanadan azadlığa buraxılacaq. Mayın 10-da prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümüdür. Xanım Əliyeva amnistiya aktının mərhum prezident Heydər Əlyievin xatirəsinə həsr olunduğunu bildirib. Deputat hesab edir ki, ağır cinayət etməmiş insanların bağışlanması həm həmin şəxslərin normal həyata qaytarılması, həm də Azərbaycanın humanizm prinsiplərilə inkişafını nümyaiş etidirir. Müxalifətdən olan deputat İqbal Ağazadə isə amnistiyaya düşən maddələrin sayının artırılması təkliflərilə çıxış edib. Deputat həbsdə olan jurnalistlərin, 2003-cü ilin oktyabrında prezident seçkilərindən sonra həbs olunanların və yaşı 70-şi keçmiş ömürlük həbsdə olanların bağışlanmasını da təklif edib.
XS
SM
MD
LG