Accessibility links

Dağlıq Qarabağ problemi Azərbaycanını ərazi bütövlüyü çərçivəsində həll olunacaq


Ermənistan rəhbərliyi Madrid görüşünə birtərəfli qiymət verir və vəziyyətə öz baxışlarını beynəlxalq ictimaiyyətə sıramağa çalışır. Bu barədə jurnalistlərlə söhbətində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə Madriddəki görüşünü şərh edərkən bildirib. Ermənistan tərəfinin «birinci əfsanəsi» ondan ibarətdir ki, müzakirə predmeti Dağlıq Qarabağın müstəqilliyi və ya öz müqəddəratını həll etməsi haqqında məsələdir və danışıqların müəyyən mərhələsində bu reallıq olacaq. Bu iddiaların real vəziyyətlə heç bir uyğunluğu yoxdur. Hələlik tam, yaxud qismən heç bir razılıq əldə edilməyib», deyə Əzimov bildirib. «Bildirmək istəyirəm ki, Azərbaycan ərazi bütövlüyü prinsipindən imtina etməyib və etməyəcək və bütün razılaşmalar və Dağlıq Qarabağın öz müqəddəratını həll etməsi bu prinsip çərçivəsində həyata keçirilə bilər», - deyə Əzimov qeyd edib. İkinci vacib məsələ Azərbaycan qaçqınlarının Dağlıq Qarabağa qaytarılması və onların bütün sonrakı proseslərdə mütləq iştirakıdır, deyə nazir müavini bildirib. Əzimov həmçinin Azərbaycanın hərbiləşdirilməsi barədə ittihamları qəbul etməyib. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsinin nəticəsidir. Əgər ərazi və əhalinin nəzərə alınması ilə ordu və silahlar hesablansa, Ermənistan Azərbaycandan daha çox hərbiləşdirilib. Ermənistanın Azərbaycan ərazisini zəbt etdiyini nəzərə alsaq, Bakının onların azad edilməsi üçün bütün tədbirlərdən istifadə etməyə mənəvi və hüquqi haqqı var, deyə Əzimov bildirib.

XS
SM
MD
LG