Accessibility links

Azərbaycanın baş naziri Türkmənistan prezidentinin  andiçmə mərasimində iştirak edəcək


Azərbaycanın baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu gün Aşqabad şəhərinə gedib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Ekspertlər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmadığını bildirir. Çünki son illər Türkmənistan rəhbəri Xəzərin Azərbaycan sektorundakı bəzi neft yataqların Türkmənistnın olduğunu iddia edirdi. Eyni zamanda, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirliməsində də Azərbaycanın mövqeyi ilə razılaşmır. Azərbaycan dənizin bölünməsində ortaq xətt prinsipinin quru sahənini qurtaracağından müəyyən edilməsini, Türkmənistan isə yarımadaların buna aid edilməməsini istəyir. 1997-ci ildən diqqətdə olan Transxəzər qaz kəməri məsələsi ətrafında danışıqlar da bu səbəblərdən reallaşmayıb.
XS
SM
MD
LG