Accessibility links

AŞPA Siyasi Komitəsi Bakıda Mərkəzi Asiya üzrə dinləmələr keçirib


Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin Bakıda keçirilən iclasıında Mərkəzi Asiya üzrə dinləmələr keçirilib. Deputat Murad Mərcan bildirib ki, Avropa Şurasının Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı vacibdir. Onun fikrincə, Mərkəzi Asiya ölkələri əməkdalığı ekspertlərin təkliflərinə əsaslanmalıdır. "Siyasi komitə əməkdaşlığın strategiyasını müəyyənləşdirməlidir. Biz Avropa dəyərlərini bu ölkələrə çatdırmaq istəyirik. Özbəkistanda baş verənlər Avropa dəyərlərinin bu regiona gətirilməsinin nə qədər çətin olacağının göstəricisidir". Beynəlxalq Böhran Qrupunun Mərkəzi Asiya layihəsinin rəhbəri Maykl Holl Mərkəzi Asiya ölkələrində təhlükəsizliyin qorunmasının vacibliyini deyib. Onun fikrincə, Qazaxıstan bir qədər uğurlu ölkədir və inamla artan iqtisadiyyata malikdir. "İqtisadi inkişafı neft və qaz amilinə əsaslanır. Başqa ölkələrə nisbətdə Qazaxıstanda orta təbəqə var. Ancaq iqtisadiyyat hərtərəfli inkişaf etməyib. Demokratikləşmə vəziyyəti yaxşı deyil. ATƏT siyasi qətllər, insan hüquqlarının pozulması, seçkilərin saxtalaşdırılmasına görə ölkəni dəfələrlə qınayıb. AŞ-ni Qazaxıstanın Nazarbayevdən sonrakı dövrü maraqlandırmalıdır. Hazırda milli lider Nursultan Nazarbayevdir"-deyə o qeyd edib. Ekspert hesab edir Ki, Qırğızıstanda hakimiyyət dəyişsə də qeyri-sabitlik qalmaqdadır. «Hələ nisbi sabitlik olsa da müxtəlif qruplar, o cümlədən kriminal və islamçı qruplar hakimiyyət uğrunda mübarizə aparır. Bu mübarizələr Kurmanbek Bakıyev hakimiyyətinə potensial təhlükədir. Noyabr böhranı da vəziyyəti sabitləşdirməyib. Avropa qurumları Qırğızıstanda siyasi mübarizəni sabit məcraya yönəltməyə çalışmalıdır. Sadəcə bu ölkədə siyasi gələcək aydın deyil. Bunlara baxmayaraq, Qırğızıstan Mərkəzi Asiyada avtokratik hakimiyyətlərə son qoyulması üçün bir nümunədir». Proqram rəhbəri Tacikistanda vətəndaş müharibəsinin çox ağır izlər buraxdığını və müharibənin sadəcə kağız üzərində başa çatdığını deyib. "Prezident mərkəzi hakimiyyəti gücləndirib və sabitlik yaranıb. Demorktiya yoxdur, müstəqil mətbuatın fəaliyyətinə imkan verilmir. Ölkə Əfqanıstandan daşınan narkotiklərin tranzitinə çevrilib". Cənab Holl Türkmənitsanda enerji pullarının çoxluğuna və Safarmurad Niyazov avtokratik rejiminin genişliyinə daha çox diqqət ayırıb. Onun fikrincə, Avropa ölkələri ilk öncə Türkmənistanda humanitar fəlakətin aradan qaldırılmasına çalışmalıdır. "Niyazov ilin aylarını belə adına çıxır, anasına heykəllər qoydurur. Xaricdə alınmış diplomlar tanınmır, təhsil və səhiyyə planlı şəkildə məhv edilir. Bu ölkədə gələcəkdə müəllim və həkimin kim olacağı bəlli deyil". O hesab edir ki, Özbəkistanda əhalinin spektri və iqtisadiyyat çox mürəkkəbdir."Təbii qaz, qızıl və pambıq gəlirləri prezident İslam Kərimovun qərarı ilə bölünür. Bu isə kasıblığa yol açıb. Kərimov hətta bazarlara da nəzarət edir". Eksrpertin sözlərinə görə, Əndican hadislərindən sonra müxalifət, insan hüquqları müdafiəçiləri və müstəqil mətbuat sıradan çıxarılıb. "Özəbkistandakı kriminal rejim təhlükəsizlik qüvvələrinə əsaslanaraq ölkədə sabitliyi hələ saxlaya bilir. Ancaq xalq və ziyalalır arasında böyük narazılıq var. Özbəksitan region üçün katastrofik təhlükə mənbəyidir. Əndican hadisələri də hələ araşdırılmayıb". O dini müxalifətin Mərkəzi Asiya üçün ciddi təhlükə olduğunu bildirib. "Hizbu-Təhrir" Mərkəzi Asiyada özünə böyük dəstək qazanıb. Onlar dünyada müsəlman xəlifəliyi yaratmaq istəyir. Bu quruma qarşı tədbirlər görülsə də yoxsul əhali onlara inanır. Çünki regionda demokratiya uğrunda mübariz yoxdur. Regionda demokratiya üçün cəhdlər başlamalı, informasiya şəffaflığı yaradılmalı və əhali arasında izahat işləri aparılmalıdır». Rusiya Beynəlxalq Araşdırmalar institutunun əməkdaşı Dmitri Aleksandrov ölkəsi üçün Mərkəzi Asiyada sabitliyin vacib amil olduğunu deyib. "Mərkəzi Asiyada sabitlik Rusiyanın daxili təhlükəsizliyi və kriminal sabitliyi üçün vacibdir. Əfqanıstanda istehsal olunan narkoitklərin əksəyriyyəti Mərkəzi Asiya vasitəsilə şimala daşınır". ABŞ-ın Miçiqan universitetinin professoru Karasarın fikrincə, Mərkəzi Asiyanın təhlükəsizliyi və demokratik inkişafı enerji məsələsindən asılıdır. "Bu regionun enerji mənbələrinin bazarlara çatdırılması ilə bağlıdır. Rusiya 2000-ci ildə enerji ilə bağlı yaxşı plan işləyib. Mərkəzi Asiyanın enerji ehtiyatlarını alaraq Avropa bazarına çatdırmaq və Avropanı enerji asılılğında saxlamaq. Avropa çalışmalıdır ki, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının dənizlərə çıxışına kömək etsin". Ekspertlər həmçinin Mərkəzi Asiyada inkişafın Azərbaycanla bağlı olduğunu bildirib. Onların fikrincə, bu ölkələrin Azərbaycana inetqrasiyası regionun inkişafına yol açar. Ankara Strateji Araşdırmalar Mərkəzinin eksperit Gökçan Oan da bu fikridədir. Azərbaycan parlamentinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesab edir ki, Mərkəzi Asiyanın Avropa dəyərlərinə yaxınlaşmasında Azərbaycanın üzərinə böyük məsuliyyət düşür.
XS
SM
MD
LG