Accessibility links

Avropa Şurası Parlament Assambleyasının sədri Ermənistan-Azərbaycan münaqişəsində irəliyə doğru addım atılmamasından məyusdur


"Cənubi Qafqaz bölgəsinin gələcəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından asılıdır". Bu fikir AŞPA sədri Rene van der Lindenə məxsusdur. Avropa Şurasının mətbuat xidmətinin yaydığı məlumata görə, van der Linden Azərbaycan və Ermənistan prezidentlərinin ötən həftə keçirilən görüşlərində irəliyə doğru addım atılmamasından məyus olduğunu bildirib. "Mən bir daha təkrar etməliyəm ki, münaqişə dinc vasitələrlə nizamlanmasa, bölgədə davamlı inkişaf və çiçsəklənmə olmaycaq, və bölgənin uşaqlarının gələcəyi də olmayacaq", - deyə AŞPA prezidenti bəyan edib. O, münaqişə tərəflərini mümkün qədər tez və qətiyyətlə danışıqları bərpa etməyə çağırıb. Van der Linden AŞPA-nın ATƏT-in Minsk qrupuna kömək etməyə hazır olduğunu da söyləyib. Bundan əlavə, AŞPA dialoqun və münasibətlərin bərpası üçün yardımçı vasitə kimi iki ölkənin parlamentarlarına da dəstək vermək niyyətindədir. Bu işdə AŞPA-nın Dağlıq Qarabağ üzrə xüsusi komitəsinin imkanlarından istifadə edilməsi nəzərdə tutulur. Bu qurmun iclası gələn ay keçiriləcək. Van der Linden bu səylərin möhkəmləndirilməsi yollarını Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri ilə 2006-cı ilin may ayında nəzərdə tutduğu görüşlərində müzakirə etmək niyyətindədir.
XS
SM
MD
LG