Accessibility links

ABŞ-ın ATƏT yanındakı nümayəndəsi Bakıda səfərdədir


ABŞ-ın ATƏT yanında nümayəndəsi səfir Culi Finli Bakıya üç günlük səfər edir. O bu gün xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul olunub, Milli Məclisin deputatları ilə görüşüb. Xanım Finli görüşlərdə Azərbaycan-ATƏT münasibətləri, ölkədə demokratiya sahəsində görülən işlərin vəziyyəti, ATƏT-in seçki prosesi ilə bağlı irəli sürdüyü təkliflərin yerinə yetirilməsi istiqamətində hökumətin gördüyü işlərlə maraqlanıb.
XS
SM
MD
LG