Accessibility links

ATƏT-in sədri Azərbaycan və Ermənistanin münaqişənin həllində irəliyə addım atmaq arzusunda olduğunu deyib


«Səfərimin daha bir məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə şərait yaratmaqdır. Münaqişəsinin həllində uğur əldə etmək üçün əlverişli məqam yaranıb. Hansı ki, tərəflər əvvəllər heç vaxt razılığa gəlinməsi üçün bu qədər yaxın olmayıb». Bu barədə Bakıya səfəri başlayan ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos görüşlərə başlamamışdan öncə bildirib. Cənab Moratinos Azərbaycan rəhbərlərinin "irəliyə doğru addım atmaq arzusunun" olduğunu deyib. «Ümid deirəm ki, Ermənistan tərəfi də belə əməkdaşlıq və bir-birinə qarşı addım atmaq nümayiş etdirəcək. «Son qərarı tərəflərin özləri qəbul etməli, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT onları bir-birinə qarşılıqlı addımlar atmağa doğru istələməlidir». Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 9-da Sank-Peterburq keçiriləcək görüşünə gəlincə, ATƏT-in fəaliyyətdə olan sədri «görüşdə nəyinsə əldə olunacağına o qədər də ümid bəsləmək doğru olmazdı» deyə bildirib. ABŞ-ın Raket Əleyhinə Müdafiə Sistemini Şərqi Avropada yerləşdirmək planlarına cavab olaraq Rusiya prezidenti Vladimir Putinin Rusiyanın raketlərini Avropaya "tuşlamaq" niyyətlərinə cavab verən cənab Moratinos Rusiya rəhbərlərinə belə məsələlərin "dialoq və qarşılıqlı anlaşma" çərəçivəsində müzakirə edilməli" olduğu məsajı göndərib. Onun sözlərinə görə, Rusiya bu məsələni Avropada adi silahlı qüvvələr haqqında Saziş çərçivəsində müzakirə etmək üçün görüş istəyib. "Məhz bu danışıqlar çərçivəsində qarşılıqlı inam əsasında bütün hərbi məsələlr barəsində danışmaq olar və lazımdır. ATƏT məhz dialoq və qarşılıqlı anlaşma atmosferi yaratmaq üçün fəaliyyət göstərir. Mənsə bir sədr kimi bu atmosferi yaratmalı və dəstəkləməliyəm". İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Azərbaycan İspaniya münasibətlərinin inkişaf etdirilməsi, ATƏT çərçivəsində qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiya yaradılması, o cümlədən investisiyaların qarşılıqlı müdafiəsi məsələsi də daxil olmaqla bir sıra ikitərəfli sazişlərin hazırlanmasına hazırlıq imkanları da nəzərdən keçirilib. M.Moratinos İspaniyanın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqşlı olduğunu deyib və Bakıda İspaniya səfirliyinin açılması üçün real olan bütün addımların atılması imkanlarını nəzərdən keçirdiklərini bildirib.
XS
SM
MD
LG