ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə həmsədrləri, Səfir Yuri Merzlyakov (Rusiya), Səfir Bernar Fasye (Fransa) və Dövlət Katibinin köməkçisi Metyu Brayza (ABŞ), ATƏT sədrinin xüsusi nümayəndəsi Səfir Andrey Kaspirşik ilə fevralın 14-ü və 15-də Parisdə görüşüb.
Bu gün Fransanın Bakıdakı səfirliyi həmsədrələrin aşağıdakı bəyanatını yayıb: «Həmsədrlər, tərəflərin son aylar danışıqlar prosesi çərçivəsində yaranmış impulsu davam etdirəcəklərinə və münaqişənin gələcək həllinin baza prinsipləri ilə bağlı yaranmış fikir ayrılıqlarını müzakirə etmək üçün yaxın gələcəkdə Xarici İşlər nazirlərinin növbəti görüşünün olacağına ümid etdiklərini bildirir.
Həmsədrlər tərfləri yerindən asılı olmayaraq, o cümlədən BMT Baş Assambleyasında, son aylar yaranmış danışıqlar prosesinin müsbət inkişafını poza biləcək hər hansı bir addımı atmamağa çağırır».