Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gəlib


ATƏT-in Minsk Qrupunun Fransalı hmsədri Bernar Fasye, Rusiyalı həmsədr Yuri Merzlyakov Azərbaycanda səfərdədir. Həmsədrlər bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Rəsmi məlumatlarda görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparıldığı bildirilir. Həmsədrlər danışıqlara dair jurnalistlərə məlumat verməkdən imtina edib. Rusiyalı həmsədr Yuri Merzlyakov həmsədrlərin Yerevan və Bakıya səfərlərinin yekununa dair kommunike hazırlayacağını bildirib. Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov həmsədrlərin səylərinin danışıqlar prosesində müəyyən irəliləyişlərə imkan verəcəyinə ümid edir. «Turan» agentilyi isə diplomatik mənbələrə istinadən bildirir ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün noyabrın 28-də Minsk şəhərində keçirilməsi barədə razılıq əldə edilib. Görüş MDB Dövlət başçılarının zirvə toplantısı zamanı keçiriləcək.
XS
SM
MD
LG