Accessibility links

Ermənistanda parlament seçkilərindən sonra Ermənistan və Azərbaycan sülh sazişinə nail ola bilər


Ermənitsan-Azərbaycan münaqişəsinin nizamlanmasında kompromis əldə etmək üçün ciddi çağırışlar lazımdır. Biz prezidentlərin, xarici işlər nazirlərinin görüşlərini izləyirik və onların qəti addımlar atmağa qadir olduğu təəssüratı yaranır. Tərəflərin və beynəlxalq birliyin bütün resursları münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlməlidir. Tərəflər mayda Ermənistanda keçirilən parlament seçkilərindən sonra sülh sazişinə nail ola bilər ". Bu barədə Bakıda səfərdə olan ATƏT PA-nin sədri, Ermənistan-Azərbaycan münaqişəsi üzrə bu qurumun məruzəçisi Qoren Lenmarker bildirib. O Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlərdən sonar bu gün Bakı Dövlət Universitetində çıxış edib. Cənab Lenmarker Ermənistan-Azərbaycan münaqişəsində Kosovo modelinin tətbiqi ilə bağlı fikirlərin əleyhinədir. «Kosovoda vəziyyət tamamilə başqadır. ATƏT-in Minsk qrupunun təkliflərinin münaqişənin nizamlanmasında tətbiqi mümkündür». Məruzəçi münaqişənin həlli istiqamətində gözlənilən bir çox məqamların olduğunu vurğulayıb. “Hazırda işğal dayandırılmalı, ölkələr arasında münasibətlər yaradılmalıdır. Qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır. Mənə elə gəlir ki, münaqişənin hər iki tərəfi problemin dinc yolla həllinə maraq göstərir. Güman edirəm ki. münaqişəyə dair hesabatımın son variantını açıqlamağa ehtiyac qalmayacaq, problem həll olunacaq və hesabat hazırlamayacam”. Cənağ Lenmarker vətəndaş cəmiyyətlərinin təmsilçiləri ilə göryüşünə də toxunub. “Onların mövqeləri maraqlıdır və tənqid üzərində qurulub. Hələlik həmin fikirləri qiymətləndirmək tezdir. Bunun üçün bütün tərəflərin yazılı hesabatlarını almalıyam ki, vəziyyəti düzgün qiymətləndirim”. O Avropa İttifaqının sərhədlərinin Cənubi Qafqaza regionuna yaxınlaşdığını bildirib. «Avropa İttifaqının sərhədləri Xəzər sahillərinə yaxınlaşır. İndi Ukraynanın timsalında Qara dəniz regionunun Avropa İttifaqına inteqrasiyası gündəmdədir. Bundan sonra Cənubi Qafqaz ölkələri gəlir. Sizin ölkələr Avropanın bir hissəsi olmaq istəyirsə, şad olarıq. Ancaq Avropanın bir hissəsinə çevrilmək üçün bütün şərtləri və ümumi oyun qaydalarını qəbul etmək lazımdır. Bu, iqtisadi, hüquqi islahatlar, demokratikləşmə və insan hüquqlarına hörmətdən ibarətdir. Bizim əməkdaşlığımız demokratik standartlar və insan hüquqlarının qorunması təməli üzərində qurulmalıdır. Digər çox vacib prinsip təhlükəsizlikdir və biz bu məsələ üzərində fəal işləməliyik”-deyə o vurğulayıb.
XS
SM
MD
LG