Accessibility links

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Rusiyada jurnalistin qətlini pisləyir


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Xaraşti Azərbaycanda səfərdədəir. O bu gün prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə mətbuat azadlığı və demokratiyanın inkişafı sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Cənab Xaraşti görüşdən sonra jurnalistlərə bildirib ki, priezident İlham Əliyevlə böhtana görə jurnalistlərin təqib olunması məsələlərini müzakirə edib. «O mənim problemin kriminallaşdırılmamasına və bu məsələlərin Cinayət məcəlləsi deyil, Mülkü məcəllə çərçivəsində həll edilməsinə dair təkliflərimi diqqətlə dinlədi. Görüşdə böhtana görə həbs edilən jurnalistlərin işlərinə də toxundum və prezident bununla bağlı öz təssüfünü bildirdi». ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəysi hesab edir ki, böhtan brobleminin cinayət qaydasında həlli XXI əsrdə aradan qaldırılmalıdır. «Eyni zamanda, KİV-ləri də birtərəfli olmamalı və informasiyanı cəmiyyətə obyektiv çatdırmalıdır»-deyə o qeyd edib. Cənab Xaraştinin sözlərinə görə, sabah Bakıda keçiriləcək konfransda "Böhtan haqqında" qanun layüihəsi təqdim ediləcək, böhtan və təhqir haqqında ittihamların Cinayət məcəlləsindən çıxarılmasına dair konkret təkliflər müzakirə ediləcək. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi rusiyalı jurnalist Anna Politkovskayanın qətlini pisləyib. "Mən baş verəndən olduqca təəssüflənirəm və ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karl de Quxtun qətllə bağlı dedikləri ilə tamamilə razıyam. Əgər jurnalistlərin əvvəlki qətl hadisələrinin üstü açılsaydı bu cinayətin qarşısını almaq olardı. Lakin bu cür cinayətlərə görə heç kimin cəzalandırılmaması jurnalistlərin yeni qətllərinə gətirib çıxarır" - deyə cənab Xaraşti bildirib.
XS
SM
MD
LG