Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanda səfərdədir


ATƏT-in Misnk Qrupunun həmsədrləri ABŞ dan olan diplomat Stiven Mən, Fransalı Bernar Fasye, Rusiyalı Yuri Merzlyakov Azərbaycana ikigunluk səfərə gəlib. Həmsədrlər səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşüb. Diplomatlar aparılan danışıqlarla bağlı mətbuat üçün hər hansı açıqlama verməyib. Həmsədrlər Bakıdan Yerevana gedəcək. Ekspertlər hesab edir ki, onların səfəri Azərbaycan və Ermənistan prezidentlərinin bu il fevrların 10-11-də Parisdə keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır. Minsk Qrupunun həmsədrələrinin səfərindən bir gün öncə prezident İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə hökumət üzvləri qarşısında Azərbaycanın milli maraqlarına zidd olan hər hansı sənədin imzalanmayacağını bəyan edib. « Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda, mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdır və bu barədə də danışıqlar aparılır. İşğal edilmiş torpaqlar işğalçılardan azad olunmalıdır. Bu mövzu ətrafında söhbət aparılır və söhbət də aparılacaqdır. Biz deyə bilmərik ki, irəliləyişə nail olduq. Çünki danışıqlarda iki tərəf iştirak edir. Biz hələ ki, danışıqlar prosesinə sadiqik. Bu prosesdə iştirak edirik, danışıqlar prosesi tükənməyibdir». Politoloq Rasim Musabəyov hesab edir ki, prezidentin kəskin bəyanatı danışıqlar prosesinin çətin olmasından xəbər verir. Politoloqun qənaətincə, tərəflər hələ də işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılması və Dağlıq Qarabağın Azərbaycanın suverenliynə qaytarılması məslələrində razılığa gələ bilmir.
XS
SM
MD
LG