Accessibility links

Avropa Şurası Azərbaycanda öhdəliklərin yerinə yetirilmə vəziyyətini öyrənir


Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Andres Herkel və Toni Lloyd Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirlmə vəziyyətini öyrənir. Onlar Azərbaycana səfər çərçivəsində prezident İlham Əliyevlə, qeyri-hökumət təşkilatları, siyasi partiya, media rəhbərləri, hüquq-müdafiəçiləri ilə görüşlər keçirib. Həmməruzəçilər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin müdaifəçiləri ilə də görüşüb. Prezident İlham Əliyevlə görüşdə demokratikləşmə prosesi, siyasi, iqtisadi islahatlar, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Digər göryüşlərdə isə seçki, söz və mətbuat azadlığı, jurnalistlərin təhlükəsiz şəraitdə işlməsi, insan hüquqları, totalitarizm meylləri, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslardan danışılıb. Görüşlərdə siyasi məhbuslarla bağlı Azəraycan üzrə yeni məruzəçiinin təyini məsələnin AŞPA qarşısında yenidən qaldırılması təklifi də diqqət mərkəzində olub.
XS
SM
MD
LG