Accessibility links

Azadlıq blokunun mitinq cəhdinin qarşısı alınıb


«Azadlıq» seçki bloku Bakının mərkəzində 28 may meydanında mitinq keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alanıb. Çoxlu sayda saxlanan və xəsarət alanlar var. İnsident zamanı hətta başı yarılan da olub. Qarşıdurmanı müşahidə edən hüquq müdafiəçisi Səidə Qocamanlı baş verənləri zorakılıq adlandırıb. Onun fikrincə, hüquq-mühafizə orqalarının əməkdaşları müxalifətə qarşı qəddarlıq gösətrib. AXCP sədri Əli Kərimli də «Azadlıq» blokunun fəallarına qarşı görünməməiş zorakılıq edildiyini deyib. Onun sözlərinə görə, blokun azad seçki tələbilə keçirdiyi aksiyanın qarşısının alınmasına minlərlə polis və mülki geyimli qeyri-rəsmi şəxslər cəlb edilib. Cənab Kərimli Azərbaycan iqtidarını növbəti dəfə beynəlxalq birlik qarşısında götürdüyü öhdəliyi pozmaqda və demokratik seçki keçirmək istəməməkdə günahlandırıb AXCP sədri Bakı şəhər icra hakimiyyəti şəhərin mərkəzində mitinq keçirmək üçün yer vermədiyi təqdirdə «Azadlıq» blokun oktyabrın 8-də yenidən 28 may meydanında mitinq keçirəcəyini bəyan edib. O zorakılıqların «Azadlıq» blokunu azad seçki tələbindən yayındırmayacağını deyib. Müsavat partiyasının başqanı İsa Qəmbər isə Amerikanın səsi radiosuna hakimiyyətin sərbəst toplaşmaq azadlığının təmin olunmasından qorxduğunu və bu səbəbdən zora əl aldığını bildirib. Onun sözlərinə görə, saxlananlar arasında hətta yeddi nəfər deputatlığa namizəd də var. Cənab Qəmbər zorakılıqların «Azadlıq» blokunun seçki taktikasına mane ola bilməyəcəyini də diqqətə çatdırıb. Onun fikrincə, minlərlə insanın bu günki aksiyada iştiirakı bir da buna sübütddür. Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev icazəsiz aksiya zamanı 34 nəfərin saxlandığını deyib. O polisin də zorakılığa məruz qaldığını bildirib. Cənab Əliyev müxalfiətin 8 oktyabrda keçirəcəyi icazəsiz aksiyanın da qarşısının qətiyyətlə alıncağını xatırladıb.
XS
SM
MD
LG