Accessibility links

«Azadlıq» qəzetinin satirik-yazarının səhhəti pisləşib


«Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakitin səhhəti kəskin pisləişib. O çox arıqlayıb, emosionallaşıb, ürəyində kəskin ağırlar baş qaldırıb. Bu barədə jurnalistin həyat yoldaşı Rəna Zahidova «Amerikanın səsi» radiosuna bildirib. Xanım Zahidova bir neçə gün öncə, həbsxanada həyat yoldaşına baş çəkib. Ədliyyə nazirliyinin Penitensiar xidmətinin islah işləri və sosial müdafiə şöbəsinin rəisi Raifq Ramazanov isə «Amerikanın səsi» radiosuna cəzaçəkmə müəssisələrində bütün məhkumların tibbi nəzarətdə olduğunu bildirib. Onun sözlərinə görə, müraciət edən hər bir məhkuma tibbi yardım göstərilir. Mirzə Sakiin Hüquqlarını İctimai Müdafiə Komitəsi də jurnalistin kəskin ağrılardan əziyyət çəkdiyini bəyan edib. Müdafiə komitəsinin sədri Emin Hüseynli ümumiyyətlə hüquq müdafiəçilərinə Mirzə Sakitlə görüşə icazə verilməldiyini deyib. Cənab Hüseynli Ədliyyə nazirliyini onun Mirzə Sakitlə görüş barədə müracəiətinə cavab vermədiyi üçün məhkəməyə vermək fikrindədir. O hüquq müdafiəçilərinin jurnalistlə görüşə buraxılmamasını hakimyyətin Mirzə Sakitin yaradıcılığına münasibətinin nəticəsi kimi izah edir. Mirzə Sakit yüksək vəzifəli dövlət rəsmilərini tənqid edən satirik şerləri ilə məşhurdur. O 2006-cı il iyunun 23-də narkotiklərin saxlanması ittihamı ilə həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq Müdafiəçiləri jurnalistin əfv ediləcəyini gözləsə də bu baş vermədi. Ancaq yazarın həyat yoldaşı bundan sonra da onun əfvini gözləmir. Novruz bayramında da satirik-yazarın ailəsində bayram əhval-ruhiyyəsi duyulmayıb. Jurnalistin ailəsinin sosial durumu da bayram keçirməyə imkan vermir. Ailəyə indiyədək yalnız bir beynəlxalq jurnalist təşkilatı kömək edib. Bütün bunlara baxmayaraq, Rəna xanım ömür-gün yoldaşına yaradıcılıq uğurlaprı arzulyır. O hesab edir ki, söz azadlığı uğrunda mübarizlər rejimlərin əzabına düçar olsa da zamanın ulduzuna çevrilir.
XS
SM
MD
LG