Accessibility links

Azərbaycanda Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur


Azərbaycanda Ümumdünya Mətbuat Azadılığı günü qeyd olunur. Jurnalist təşkilatları, diplomatik nümayəndəliklər ölkədə mətbuat azadlığı ilə bağlı konfranslar, dəyirmi masalar təşkil edib. «Sərhədsiz reportyorlar" təşktilatının dünya üzrə mətbuat azadlığının yekunları barədə açıqladığı hesabata görə, Azərbaycanda 2005-ildə beş bal geriləyib və 52 balla 141-ci yeri tutub. "Azərbapycanda mətbuat azadlığının vəziyyəti pisləşib. Tanınmış jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi buna subutdur. Parlament seçkiləri dövründə jurnalistlərə qarşı zorakılıq və təqiblər söz azadlığının boğulmasının gücləndiyini göstərdi". ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Jonatan Henik Elmar Hüseynovun adının Vaşinqtonda Arlinqton qəbiristanlığında dünyanın müxtəlif ölkəsində həlak olmuş 59 jurnalistin siyahısına daxil ediləcəyini bildirib. O bu gün ABŞ səfirliyinin mətbuat azadlığı günü münasibətilə keçirdiyi konfransda deyib ki, Azərbaycanda mətbuatın bir çox sahədə azadlığı olsa da, bir sıra ciddi məhdudiyyətləri də var. «ABŞ hökuməti mətbuat azadlığını istər Azərbaycanda, istərsə də dünyada demokratiyanın əsas təməl prinsiplərindən biri hesab edir. Amerika dünyada mətbuat azadlığını dəstəkləmək üçün ildə 40 milyon dollar qrant ayırır». ABŞ-ın AİREKS təşkilatının mətbuat proqramlarının rəhbəri Şeldon Malkov Azərbaycanda mətbuat üzərində təziyqlərin mövcudluğunu önə çəkib. Onun sözlərinə görə, ölkədə mətbuata nəzarət var. «Mətbuat o zaman sağ qalır ki, icazə verilmiş siyasətə əməl etsin. Məsələn, «Gün-səhər» yaxşı qəzetdir. Ümumi maraqları əks etdirir, məlumatları qərəzsiz verir. Ancaq onun yaşaması mənim dəstəyimdən asılıvdr. Ona reklam vermirlər. Çünki reklamı qəzetlərə siyahı ilə verirlər. 2005-ci ildə bu qəzet reklam alırdı. Sonra onun adı reklam siyahısından silindi və 11 reklam verən reklamını geri götürdü. Daha bir misal, «Qaya» yayım firmasının Bakı şəhər İcra Hakimyyətinin qərarı ilə köşkləri yığışdırılıb. 2005-ci ildə ölkə prezidentinin göstərişinə baxmayaraq köşklər hələ də açılmayıb. Regionlarda isə vəziyyət daha dözülməzdir. Bir il əvvəl region televiziyaları yığışaraq «Regional televiziya şəbəkəsi» yaratdı. Amma Ədliyyə nazirliyi bu qurumu qeydiyyata almır, səbəb kimi bunun Milli təhlükəsizliyə təhlükə olduğunu göstərir. Hansı ki, yaradımış qurum kommersiya təşkilatıdır». Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təsisçiləri isə jurnalistlərə qarşı fiziki təzyiqlərin davam etdiyini və bu təziyqlərlə bağlı indiyədək heç kimin cəzalandırılmadığını bildirib. Onların dediyinə görə, seçkilər dövründə jurnalistlərə qarşı fiziki təzyiqlər daha da çoxalır. İnstitutun təsisçilərindən biri Emin Hüseynov 2003-cü il prezident seçiklərin zamanı fiziki təziyqə məruz qalıb və ikinci qrup əlildir. O jurnalistlərin təzyiqlərdən qorunması üçün qanunverijilikdə dəyişiklik edilməsini vacib sayır. İnstiututun icraçı direktoru İdrak Abbasov da ötən il parlament seçkiləri qabağı fiziki təziyqə tuş olub. O təzyiq və zorakılıqlarla bağlı qaldırılan cinayət işlərinin məntiqi sonluğa çatmadığını yada salır. Mətbuat Şurasının üzvü Zeynal Məmmədlinin fikrincə, ölkədə mətbuat azadlığı sahəsində son illər geriləmələrin hiss edilməkdədir və bu mətbuatın bütün sahələrini əhatə edir. Cənab Məmmədli ölkə mətbuatının plüralizmdən də uzaq olduğunu deyir. Rəsmi dövlət qəzeti «Azərbaycan» ın baş redaktoru Bəxtiyar Sadıqov deyilənlərlə razılışmır. Onun qənətincə, ölkə mətbuatında həm azadlıq, həm də plüralizm var. Cənab Sadıqov eyni zamanda, mətbuatın siyasiləşdiyini də önə çəkir. Müxalifətyönümlü «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid ölkədə şəffaflıq olmadan mətbuat azadlığından danışmağı yersiz sayır. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli 37 teleradio şirkətinin fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, hazırda 6 ümumrespublika televiziyası, 10 regional televiziya, 11 radio fəaliyyətdədir və bu sahədə 5.000 adam çalışır. Cənab Məhərrəmli beynəlxalq təşkilatların Azərbaycana münasibətdə qərəzli mövqeyini də qeyd edir. Mətbuat azadlığı ilə bağlı hesabatlarda regionlarda mətbuatın vəziyyətinin xüsusilə ağır olduğu bildirilir. Doğrudur ölkənin demək olar ki, bütün rayonlarında çap mətbuatı fəaliyyət göstərir, ancaq bu sahədə də vəziyyət ürəkaçan deyil. «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zair Amanov regionlarda mətbuatın təzyiqlər altında çalışdığını deyir. Azərbaycanda onlarla qəzet məmur və dövlət rəsmilərinin iddiası ilə on minlərlə dollar məbləğində cərimələnib. Və hətta həbsə atılanlar da olub. Doğrudur son dövrlər məsələ o qədər də aktual deyil, ancaq risk qalmaqdadır. Belə ki, «Hesabat» jurnalı və digər bir neçə nəşrə qarşı iddialar hələ də məhkəmə baxışındadır. Dünən Avropa Şurasının baş katibi Terri Devis bu quruma üzv dövlətlərin cinayət məcəlləsindən böhtanla bağlı həbs maddəsinin çıxarılması təklifi ilə çıxış edib. Maraqlıdır, Azərbaycan mətbuatının hüquqlarını müdafiə etməli olan Mətbuat Şurası, Milli Teleradio və İctimai Yayım Şuralarının rəhbərləri bunun əleyhinə çıxır.
XS
SM
MD
LG