Accessibility links

Azərbaycan müxalifəti televiziya yaradır


Müxalifətdə ola "Azadlıq" siyasi bloku özəl telekanalın təsisi barədə qərar qəbul edib. Bu barədə AXCP sədri Əli Kərimli blokun Sədrlər Şurasının yığıncağından sonra keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, elektron KİV-də siyasi plüralizm olmadığından həqiqi ictimai telekanala böyük tələbat var. AXCP sədri bildirib ki, çətin də olsa , «Azadlıq» bloku nəhayətdə televiziyanını açılmasına nail olacaq. Telekanalın maliyyələşdirilməsi məsələsinə gəlincə, cənab Kərimli hesab edir ki, bu televiziyanı sevən insanlar çox olacaq. AXCP sədri "Azadlıq" blokunun mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkilərin monitorinqini keçirməyəcəyini də deyib. Onun fikrincə, mövcud qanunvericilkdə ciddi dəyişikliklər etmədən demokratik seçkilər keçirmək mümkün deyil. Blok «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna ediləcək dəyişiklər barədə də həyəcanını bildirib. Belə ki, cənab kərimli hesab edir ki, insanların sərbəst toplaşmaq azadlığı hüququndan istifadəsinə imkan verilməli və toplananların qarşısını almaq məqsədilə itlərdən, atlardan istifadə ilə bağlı əlavə müzakirədən çıxarılmalıdır.
XS
SM
MD
LG