Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri Buxarestdə görüşəcək


İyunun 4-də Buxarestdə Azərbaycan və Ermənistan prezidentlərininin görüşü gözlənilir. Görüş əvvəlində Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirlərii də iştirak edəcək. Bu gün isə Ermənistan prezidenti Robert Köçəryan maraqlı bəyanatla çıxış edib. Turan agentilyinin məlumatına görə, cənab Köçəryan Ermənistanın Cermux şəhərində keçirdiyi mətbuat konfransında prezident İlham Əliyevlə qarşıdakı Buxarest görüşündən ciddi bir şey gözləmədyini bildirib. «Bu gün müzakirə olunan məsələlərin spektri Dağlıq Qarabağ münaqişəsinin uzun və stabil nizamlanmasına şans verir. Lakin belə təəssürat yaranır ki, Azərbaycan tərəfi münaqişənin dinc yolla nizamlanması əhval-ruhiyyəsində deyil. Belə ki, Bakıda səslənən militarist bəyanatlar bundan xəbər verir"-deyə o qeyd edib. «Maraqlıdır, Ermənistan rəhbərləri bir tərəfdən görüşə razılıq verir, digər tərəfdən onun nəticələrinə inanmır». Bu sözləri isə Azərbaycan prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerikanın səsi radiosuna Ermənistan prezidentinin bəyanatını şərh edərkən deyib. Onun qənaətincə, Azərbaycanin beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğaldan azad etmək istəyi millitaris hərəkət deyil, əksinə başqa ölkənin ərazilərini 14 ildən çox müddətdə işğalda saxlamaq millitarist hərəkət hesab olunur.
XS
SM
MD
LG