İranda azərbaycanlıların hüquqlarını müdafiə etdiyinə görə həbs edilmiş Abbas Lisani bu il yanvarın 1-dən Ərdəbil həbsxanasında aclıq edir. Sadiq İsabəylinin sözlərinə görə, cənab Lisani 40 kiloqram arıqlayıb və hazırda hər an ölüm təhlükəsi qarışısındadır. Güney Azərbaycan Beynəlxalq Forumuna daxil olan təşkilatlar Abbas Lisanini aclığı dayandırmağa çağırıb. Forum üzvləri dünən İranın Bakıdakı səfirliyi qarşısında piket keçirərək İran hökumətini insan hüquqlarına hörmət etməyə çağırıb. Forum beynəlxalq təşkilatları Abbas Lisaninin durumu, o cümlədən İranda mövcud vəziyyətə diqqət yetirməyə çağırır.