Accessibility links

Azərbaycan insan alverinə qarşı mübarizə öhdəliyni açıq bəyan edib


Azərbaycanda insan alverinə qarşı mübarizə mövzusunda seminar keçirilir. Seminar ABŞ Ədliyyə Departamenti, ABŞ-ın Azərbaycandakı səfirliyi və Amerika Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə ABŞ ekpertləri ilə yanaşı, Azərbaycan hüquq-mühafizə orqanlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edir.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Don Li bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizə aparmaq öhdəliyini açıq bəyan edib. Ölkə "İnsan Alverinə Qarşı Mübarizə haqqında" qanun qəbul edib və Milli Fəaliyyət Planını təsdiq edib."Azərbaycanda insan alveri qurbanları üçün sığınacaq yaradılması çox pozitiv addımdır. Bu insanlar üçün qaynar telefon xəttinin açılması isə növbəti vacib addımdır", - deyə o, vurğulayıb. Səfir müaviniin sözlərinə görə, insan alveri hər bir dövlətdə baş verir. Hər bir azad və demokratik dövlət isə insan alverinin qarşısını almaq üçün fəaliyyət göstərməlidir.

Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan ofisinin rəhbəri Frenk Hespe bildirib ki, qadın və uşaq alverinə xüsusi diqqət yetirilməlidir. "Azərbaycanda qadın və uşaqlar bu gün ən zəif müdafiə olunan qruplardır». Onun sözlərinə görə, hüququn və qeyri-hökumət təşkilatlarının köməyi olmadan insan alverinə qarşı uğurlu mübarizə aparmaq mümkün deyil. "Qeyri-hökumət təşkilatları insan alverinə qarşı mübarizədə fəal iştirak etməlidir", - deyə cənab Hespe qeyd edib.

XS
SM
MD
LG