Accessibility links

Azərbaycan və ABŞ hərbi əməkdaşlıq, sülhməramlı qüvvələrlə bağlı məsələləri müzakirə edib


Bu gün Azərbaycan Müdafiə naziri Səfər Əbiyev ABŞ Müdafiə katibinin Koalisiya, Sülhməramlı və Çoxmillətli Əməkdaşlıq üzrə köməkçisinin müavini vəzifəsinin icraçısı xanım Debra Keqenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Müdafiə naziri Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişaf istiqamətlərindən, regiondakı vəziyyətdən və sülhməramlı qüvvələrimizin fəaliyyətindən danışıb. Xanım D.Keqen Azərbaycan Sülhməramlı Qüvvələri bölmələrinin göstərdiyi layiqli xidmətə görə ABŞ hökuməti və təmsil etdiyi qurum adından öz minnətdarlığını bildirib.
XS
SM
MD
LG