Accessibility links

Bakı-Əmman təyyarə reysi açılacaq


Azərbaycan prezidenti İlham Əliyevin İordaniyaya səfərinin ən vacib nəticəsi kimi iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi haqqında razılaşmaları hesab etmək olar. Dövlət başçısının mətbuat katibi Azər Qasımov bildirib ki, tərəflər bu ilin sonuna kimi birbaşa Bakı-Əmman avia-reysini açmaq qərarına gəliblər. Bundan başqa, cari ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə Azərbaycan paytaxtında biznes-forumun keçirilməsi haqqında razılıq əldə olunub. İordaniyalı iş adamları Azərbaycanda tikinti, inşaaat meterialları, tibb, tibb avadanlıqları sahəsinə sərmayə qoymaqda maraqlıdırlar. Eyni zamanda, İordaniya yüklərinin daşınması üçün Azərbaycan ərazisindən istifadə etmək istəyir. Hər iki ölkə həmçinin təhsil sahəsində, xüsusilə tələbə mübadiləsində əməkdaşlıq etmək niyyətindədir.
XS
SM
MD
LG