Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə tərəqqi əldə edilməyib 


İyunun 9-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Robert Koçaryanla növbəti görüşü olub. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, danışıqlarda münaqişənin niazamlanması üzrə başlıca prinsiplər müzakirə olunub. Nazir həmçinin danışıqlarda tərərqqi olmadığını və danışıqları davam etdirməyin vacibliyini deyib. Cənab Məmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşün nəticələrini təhlil etmək üçün müəyyən vaxt istəydiyini də diqqətə çatdırıb. Ermənistan xarici işlər naziri Vardan Oskanyan isə prezidentlərin Sankt-Peterburqda keçirilən görüşündə irəliləyiş əldə olunmadığını və mövcud fikir ayrılıqlarının qaldığını bildirib. "ATƏT-in Minsk qrupu həmsədrləri prezidentlərin müzakirə etdiyi məsələlərdə irəliləyişə nail olunmasına ümid edirdilər. Lakin irəliləyiş əldə olunmayıb, amma ciddi və dərin diskusiya aparılıb" - deyə o qeyd edib. Politoloq Eldar Namazov «Amerikanın səsi» radiosuna müsahibəsində hər iki ölkədə demokratik seçkilər keçirilməyincə sülh sazişinin imzalancağına inanmadığını bildirib.
XS
SM
MD
LG