Accessibility links

Azərbaycanda enerji daşıyıcılarının qiymətləri kəskin artırılıb 


Azərbaycan Tarif Şurasının qərarı ilə neft məhsullarının, elektrik enerjisinin, təbii qazın, sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinin, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən göstərilən xidmətlərin və Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidmətinin qiymətləri artırılıb. Benzinin qiymətləri 51% bahalaşaraq markasından asılı olaraq 55 və 60 qəpik təşkil edib. Dizel yanacağı, kerosin və məişət soba yanacağı da 25% bahalaşaraq hər litr üçün 45 qəpik olub. Elektrik enerjisinin qiyməti 3 dəfə aprıtırılaraq hər kilovatt üçün 6 qəpik müəyyən edilib. Əhali qrupu istisna olmaqla, bütün qrup abonentlər üçün təbii qazın qiyməti 2 dəfə artırılıb və hər min kubmetr üçün 100 manat olub. İçməli suyun qiyməti də 2 dəfə artırılıb və əhali qrupu abonentləri üçün bir kubmetr su 18 qəpik, digər istehlakçı kateqoriyalarından olan abonentlər üçün 70 qəpik səviyyəsində təyin edilib. Kanalizasiya xidmətləri tarifləri də iki dəfə artırılıb. Neft məhsullarının qiymətlərinin artımına uyğun olaraq şəhərdaxili və şəhərətrafı ictimai nəqliyyatın qiymətləri də 5 qəpikdən başlayaraq məsafədən asılı olaraq müxtəlif məbləğlərdə artırılıb. Qiymətlərin kəskin artırılması ekspertlərin də narazılığı ilə qarşılaşıb. Onlar hesab edir ki, qiymətlərin artımı əhalinin soial vəziyyətini daha da ağırlaşdıracaq və infilyasiyanı idarəedilməz səviyyəyə gətirə bilər. Turan Agentliyinin enerji məsələləri üzrə eksperti İlham Şaban Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi ölkələrdə belə bu qədər gözlənilməz qiymət artımının qeydə alınmadığını bildirib. Müstəqil İqtisadi Araşdırmalar Mərkəzi keçirldiyi mətbuat konfransında Tarif Şurasının qərarını kəskin tənqid edib. Mərkəzin rəhbəri Qubad İbadoğlu hesab edir ki, qiymət artımının xidmətlərin özəlləşdirməyə açılması ilə izah ediliməsi yolverilməzdir.Onun fikrincə, hökuməitdə korporativ maraqları olan şəxslər bu xidmət sahəlrini özəlləşdirməyə açmaq adı ilə özününküləşdirmək istəyir. Dünyada enerji daşıyıcılarının qiymətlərinin aşağı düşdüyü halda Azərbaycanda qiymətlərin qaldırılması ekspertin təccübünə səbəb olub. Cənab İbadoğlu qiymət artımının böyük ictimai təsirini inkar etmir. Onun sözlərinə görə, Venetsuelada, Monqolustanda, İndoneziyada və başqa ölkələrdə kəsikn qiymət artımı ilə bağlı sosial partlayışlar təcrübəsi də var. Ekspert idarəedilməz infilyasiyanı sosial partalyışlarldan daha təhlükəli hesab edir. Sosial məsəllər üzrə ekspert Rövşən Ağayev hesab edir ki, qiymətlərin artımı hökumətin dövlət büdcəsinin sosial yönümlü olması ilə bağlı bəynatanlarına ziddir. Belə ki, büdcədən sosial müdafiə xərclərinə 150 milyon manat ayrıldığı halda qiymət artımı büdcəyə 200 miloyn manat gəlir gətirəcək. Ekspert qiymət artımının əmək haqqlarının artımı ilə də tərs mütənasib olduğunu diqqətə çatdırıb. İqtisadçı ekspert Azər Mehdiyev enerji daşıyıcılarının qiymətinin artımını qeyri-neft sektorunun inkişafına ciddi zərbə adlandırıb. Onun fikrincə, bu monopoliyaların daha da güclənməsinə və kənd təssərüfatı istehalının geriləməsinə təkan verəcək. Milli Məclisin sosial siyasət daimi komisiyasının sədri Hadı Rəcəbli qiymət artımı nəticəsində əhalinin sosial çətinlik çəkəcəyini danmır. O həmçinin hökumətin qağbaqlayıcı tədbirlər görməsini də vacib sayır. Müxalifətdə olan siyasi partiyalar qiymət artımını hakimiyyətin xalqa zidd addımı adlandırıb və yaxın zamanda kütləvi aksiyalara başlamaq üçün məsləhətləşmələrə başlayıb. Müsavat partiyasının başqanı İsa Qəmbər hesab edir ki, qabaqlayıcı tədbirlər görülənədək Tarif Şurpasının qərarı dayandırılmalıdır. Onu da qeyd edək ki, enerji qiymətlərinin artımı artıq ərzaq və digər məhsul və xidmətlərin qiymətlərində də artımla müşahidə olunmaqdadır.
XS
SM
MD
LG