Accessibility links

Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan kəmərilə daşınacaq


Bu gün Almatıda Azərbaycan prezident İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev «Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Xəzər dənizi və Azərbaycan Respublikasından keçməklə Qazaxıstan Respublikasından beynəlxalq bazarlara nəqlinin dəstəklənməsi və yardımı üzrə» Saziş imzalayıb. Sənəd ildə 25 mln. ton qazax neftinin daşınmasını nəzərdə tutur. İlkin mərhələdə ildə 7,5 mln. ton neftin nəqli planlaşdırılır. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, saziş iki ölkə və xalqlar arasında yaranmış münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. «Bu saziş regionun inkişafını daha dal irəli aparacaq. Qazaxıstanın qoşulduğu boru kəmərinin əhəmiyyətini qiymətləndirmək çox çətindir, indi o, regionun ən iri neftdaşıyan arteriyası olacaq». Qazaxıstan prezident Nursultan Nazarbayev hesab edir ki, karbohidrogenlərin reallaşdırılması üçün üçüncü alternativ yol tapılıb. «2030-cu ilə qədər bütün lazımi terminallar tikiləcək və neftimizin nəqli üçün boru kəmərinin gücü artırılacaq. Bu razılaşma tarixi, mədəniyyəti və köklərində çoxlu ümumi cəhətlərin olduğu iki ölkənin dostluq münasibətlərinin tarixində mühüm dönüş nöqtəsi olacaq»-deyə o sənədin əhəmiyyətini qeyd edib. Ekspertlər də iki ölkə arasında imzalanmış sənədi yüksək qiymətləndirir. Azərbaycan Dövlət Neft Şirkətinin sabiq prezidenti Sənan Əlizadə Amerikanın səsəi radiosuna müsahibəsində qazax neftinin Azərbaycan ərazisi vasitəsi ilə qərb bazarlarına çıxarılmasını həm satıcı, həm tranzit, həm də alığı ölkə üçün faydalı adlandırır.
XS
SM
MD
LG