Accessibility links

Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatı üçün xüsusi proqramının iqtisadi forumu keçirilir


Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatı üçün xüsusi proqramının iqtisadi forumu açılıb. Forumda BMT-nin Avropa İqtisadi Komissiyasının, Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının, Azərbaycan Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan hökumətlərinin təmsilçiləri iştirak edib. Tədbirdə “Enerji dividendlərinin enerji infrastrukturuna investisiyası”, “Regional inteqrasiya-ticarət və inkişaf”, “Bəyanatlardan fəaliyyətə keçid” mövzularında məruzələr dinlənilib. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, BMT-nin Mərkəzi Asiyanın iqtisadiyyatı üçün Xüsusi proqramının üzvü ölan Azərbaycan, Qazaxıstan, Türkmənistan və müəyyən dərəcədə Özbəkistan enerji daşıyıcılarına qlobal qiymət artımından yüksək dividentlər əldə edir. Onun fikrincə, İnkişaf üçün ilk öncə təcrübə mübadiləsi aparılmalı, bircə layihələr həyata keçirilməlidir. İqtisadi inkişaf naziri regional layihələrdə iştirak üçün çoxsaylı maliyyə və biznes qurumlarının maraqlı olduğunu da deyib. Qazaxıtsan nümyaəndəsi əsasən enerji resurslarının dünya bazarına çıxarılmasında ölkəsinin çoxşaxəli kəmər layihələrinə üstünlük verdiyini bildirib. Qırğızıstan və Tacikistan nümayəndələri isə su hövzələrindən səmərəli istifadə və elektrik enerjisi istehsalı sahəsində mövcud potensialdan səmərəli istifadə üçün beynəlxalq yardıma ehtiyaclarının olduğunu vurğulayıb. BMT-nin Mərkəzi Asiya İqtisadiyyatı üçün xüsusi proqramının icraçı direktoru Kim Xak-Sun qeyd edib ki, layihədə ən başlıca məsələ regionda enerji resurslarının həcmi yox, siyasi sabitlik məsələsidir. «Regionda əsas məsələ siyasi sabitliyin bərpa olunmasıdır. Bundan sonra, neftdən gələn gəlirlərin xərclənməsi vacib məqamlardan biridir. Əldə edilmiş vəsaitlərin paylanması zamanı yeni iş yerlərinin yaradılması investisiya qoyuluşu üçün cəlbedicidir. Region ölkələrinin əməkdaşlığında əsas istiqamətlərdən biri kimi nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin inkişafıdır».
XS
SM
MD
LG