Accessibility links

Bakıda «Bankçılıq və maliyyə» sərgi-konfransı açılıb


«Qeyri-neft sektorunun və regionların inkişafında bankların rolunun gücləndirilməsi yaxın illər üçün önəmli məsələdir». Bu barədə bu gün Bakıda açılan "Bankçılıq və maliyyə" birinci beynəlxalq Qafqaz sərgisi ilə bağlı keçirilən konfransda Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. O qeyd edib ki, son 3 ildə bank sisteminin inkişafında müsbət dinamika qeydə alınıb. «Bankların əsas maliyyə göstəriciləri 2-3 dəfə, kapitallaşması 4 dəfə genişlənib. Bankların keyfiyyət göstəriciləri də yaxşılaşıb, rentabelli bankların sayı, onların mənfəəti, kapitalın gəlirlilik göstəricisi artıb». Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin fikrincə, bankçılıq mövzusunda beynəlxalq tədbirlərin keçirilməsi yaxşı ənənəyə çevrilir, «Bu bank sisteminin ölkə və region iqtisadiyyatında artmaqda olan rolunun göstəricisidir». Konfransda maliyyə sektorunun iqtisadiyyatın inkişafında rolu, Azərbaycan və Gürcüstanın maliyyə sektorlarının inkişafında yeni istiqamətlər, kapital bazarının inkişafı, strateji layihələrdə Azərbaycan və Gürcüstanı maliyyə strukturlarının iştirakı, Qafqazda sığorta sektoru, kreditləşmə siyasəti müzakirə olunub. Bu gün həmçinin bank və maliyyə strukturları sərgisinin açılışı da olub. Sərgidə onlarla bank, sığorta, audit və konsaltinq şirkətləri, maliyyə bazarında fəaliyyət göstərən servis strukturlarının stendləri nümayiş olunub. Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov jurnalistlərin suallarına da cavab verib. Onun sözlərinə görə, ölkədə 5,6 faiz illik orta infilyasiya qrafiki həyata keçirilir və ilin sonunadək infilyasiya səviyyəsinin birrəqəmli saxlanacaq. Milli bankın sədri, eyni zamanda makroiqtisadi fonu mürəkkəb adlandırıb. Cənab Rüstəmov Azərbaycan manatının dollara nisbətdə möhkəmlənməsinin ticarət partnyorları ilə müqaisədə çox olmadığını diqqətə çatdırıb. Onun fikirncə, milli valyutanın məzənnəsinin möhkəmlənməsi bütün neft ölkələrində müşahimdə olunan haldır.
XS
SM
MD
LG